Hacıqabulda yol polisinin avtomobilində yanğın olub

28 Noyabr 2022 23:24 (UTC+04:00)

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mersedes” markalı avtomobildə olan yanğın söndürülüb. Xəsarət alan yoxdur.

Araşdırma aparılır.