Məşhur müğənniyə ağır itki

29 Noyabr 2022 00:40 (UTC+04:00)

Türkiyəli müğənni Sıla Gençoğlunun atası Şükrü Gençoğlu dünyasını dəyişib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir ay əvvəl beyin qanaması keçirən və xəstəxanaya yerləşdirilən Şükrü Gençoğlu dünyasını dəyişib.

Qeyd edək ki, Şükrü Gençoğlu ötən ilin avqustunda Didimdəki konsertindən əvvəl qızı Sıla sürpriz etmişdi. O, həmin sürpriz ilə yaddaşlarda qalmışdı.