Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub - FOTO

28 Noyabr 2022 23:03 (UTC+04:00)

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində olub. SİA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

"Amerika Birləşmiş Ştatlarında səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Səfirliyimizi ziyarət etmişdir",- deyə məlumatda qeyd olunub.