Rusiya qazına 2025-ci ilə qədər tam əvəz tapılacaq

28 Noyabr 2022 19:07 (UTC+04:00)

İtaliyanın “Eni” enerji şirkəti 2025-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək mümkün olacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda italyanlar Rusiyadan aldıqları qazın 50 faizinə əvəz tapa biliblər. Qeyd edək ki, bu barədə şirkətin baş icraçı direktoru Klaudio Deskalzi bildirib.

İcraçı direktorun dediyinə görə, fevral ayında Afrika, Yaxın Şərq, Uzaq Şərq və ABŞ-a müraciət edərək alternativlər axtarmağa başladıq. Problem həll olundu, çünki biz artıq 21-23 milyard kubmetr Rusiya qazının 50 faizini əvəz edə bilmişik və çox güman ki, 2025-ci ildə bu sahədə100 faizə nail ola biləcəyik.

Deskalzi qeyd edib ki, gələn il çətinliklər yarana bilər, çünki Rusiya qazının 6-7 faizinə ehtiyac qalacaq. Onun sözlərinə görə, ölkədə 6-7 milyard kubmetr artım lazımdır.

İcraçı direktor, həmçinin ölkə daxilində qazın nəqli üçün infrastrukturun gücləndirilməsi ilə yanaşı, dörd əlavə qazlaşdırıcıya da ehtiyac olduğunu söylədi.

Ağasəf Babayev