Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib

28 Noyabr 2022 15:46 (UTC+04:00)

Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsini layihəsinə rəy verib.

Bu barədə SİA-ya Palatadan bildirilib.

Məlumata görə, bu gün qurumda növbəti kollegiya iclası keçirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib və rəy geniş müzakirə edilərək təsdiq olunub və ARDNF-in Müşahidə Şurasında baxılması üçün Fonda göndərilib.