"Bu idman növü üzrə yetərli mütəxəssislər yoxdur" - QURUM RƏSMİSİ AÇIQLADI

28 Noyabr 2022 12:47 (UTC+04:00)

“Üzgüçülük idman növü Azərbaycanda yetərincə sevilən idman növlərindən sayılır”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə para üzgüçülük növü üzrə aşağı yaş qruplarında müxtəlif maraqlı yarışlar keçirilir: “Bunlara “Qızıl balıq”, “Şən Delfin” və s. bu tipli bağlı hovuzlar təşkil olunan yarışlar insanlar tərəfindən çox böyük maraqla qarşılanır. Bu tipli yarışlarda da yetərincə iştirakçılar olur. Su idman növünə aid olan su polosu həm böyüklər, həm də gənclər arasında komanda yarışları keçirilir. Təəssüflər olsun ki, suya tullanma idman növündə yetərincə mütəxəsisslərimizin olmaması bu idman növünün inkişaf etməsinə icazə vermir. Açıq suda isə baş tutan üzgüçülük yarışları isə Azərbaycan Triatlion Federasiyası tərəfindən bir neçə dəfə təşkil olunmuşdur.

Azərbaycan Üzgüçülük Federasiyası eyni zamanda Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə triatlion idman növü üzrə keçirilən yarışlarında üzgüçülük idman növünə aid olan hissəsi də insanlar tərəfindən böyük maraqla qarşılanır. Bir sözlə cənab Prezident İlham Əliyev də gənclərlə görüşü zamanı da qeyd etmişdir ki, üzgüçülük idman növündə nəticələrimizin yaxşı olması üçün idmanın kütləviliyini artırmaq lazımdır. Ümidvarıq ki, növbəti il tədbirlər planının təsdiqində üzgüçülük üzrə yarışlar da öz yerini tapacaq. Bu kimi yarışlarda da iştirakçı sayı yetərli səviyyədə olacaq”.