İran Londonda yerləşən müxalif media təşkilatı "İran İnternational" televiziyasında işlədiyi iddia edilən şəxsin saxlanıldığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İnqilab Keşikçiləri Kəşfiyyat İdarəsi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində İran Beynəlxalq Televiziyasında çalışan “baş zabitlərdən birini” saxlayıb. Xəbərdə adı açıqlanmayan şəxsin ölkədəki nümayişlər zamanı sosial şəbəkələrə səslənərək “ictimaiyyəti təhlükəsizlik əleyhinə hərəkətlərə, vandalizmə sövq edən və şəhərin təhlükəsizliyinə xələl gətirən bir çox hərəkətlər” etdiyi bildirilib. İranda İlham Əfkari adlı qadının noyabrın 10-da, adı açıqlanmayan şəxsin isə noyabrın 23-də daha əvvəl Londonda yerləşən media təşkilatında çalışdığı səbəbilə həbs edildiyi açıqlanıb. Oktyabrın 19-da İran Londonda yerləşən müxalif media orqanı olan İran İnternational-ı “zorakılıq aktları həyata keçirən nümayişçiləri təşviq etdiyini” iddia edərək, “terror təşkilatı” elan edib.