İdeologiya ilə elmin vəhdətində yeni reallıqların dərki prosesi Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində xüsusi aktuallıq kəsb edir. Bu onunla bağlıdır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan və Azərbaycanı qələbələrə çatdıran mütərəqqi ideyaların Prezident İlham Əliyevin müdrik siyasəti və liderlik məharəti ilə tam vəhdət təşkil etməsi siyasi elmin mühüm istiqaməti kimi təsdiqini tapıb. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranma şəraiti, mövcud siyasi vəziyyət və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının nəticələri siyasi nəzəriyyələrdə strateq anlayışını tam dolğunlaşdırıb. Fəlsəfəsində sülh və sabitlik, inkişaf və tərəqqi dayanan ideyaların gücünə yeni elmi məna çalarları gətirib. Burada iki prizmadan yanaşma fikrimizi əsaslandırmağa imkan verir. Ən əvvəl deməliyik ki, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu ideyalarda mütərəqqilik və milli mənafe baxımdan düzgün hədəf onun yaranması ilə eyni anda bərqərar edilib. Güclü dövlət üçün mükəmməl proqram qarşıya qoyulub. Bu proses isə öz özlüyündə demokratik prinsiplərin, qanunvericilik bazasının mill ideologiya ilə qarşılıqlı təsirində Yeni Azərbaycan Partiyasının rolunun müəyyənləşməsinə olan zərurəti tarixi vəzifə kimi zamanında həll etməyə qadir olduğunu göstərib. İkinci istiqamət onu aydın edir ki, siyasi liderin iradəsi siyasi ideyaların ortaya qoyulması zamanı ilə eyni anda milli gücə sahib olduğın strateji yolunu müəyyən edib. Nəticələr sübut etdi ki, 30 illik strategiyanın tam əsaslı olduğuna dair proqram çatdığı hədəflərin miqyası ilə həmin strateji yolun nəticələrinin yeni reallıqlarda dərkini özü bir vəzifə kimi qarşıya qoyub. Bu istiqamətin mahiyyəti bu günümüzdən baxarkən ideologiyanın milli gücə necə sahib olduğunun elmi əsaslarını açıqca göstərməsindədir. Deməli, Yeni Azərbaycan Partiyası yaranarkən siyasi təşkilatlanmanın və legitim siyasi qüvvənin bir araya gətirilməsi zərurətindən irəli gəlirdisə, demək mümkündür ki, elə həmin vaxt onun proqram və qarşıya qoyduğu prinsiplər gələcək dövlətcilik prinsiplərinin nəzəri bazasının əslində möhkəm təməlini yaratmışdır. Cünki partiyanın ideya xətti güclü siyasi liderin xarizması və onun ətrafında milli istəkləri ifadə edən sosial bazanın ziyalılardan təşkil olunmasında idi. Bu Heydər Əliyev dühası idi. Sonrakı mərhələ bütün mütərəqi ideyaların və hədəflərin milli xilaskarlıq və güclü dövlətcilik naminə alternativsiz siyasi avanqard roluna çevrildiyi dövr olaraq konkret göstəriciləri ilə Heydər Əliyevin ideyalarının dövlətcilikdə inikası dövrüdür. Bu dövr müdriklik fəlsəfəsi ilə bir arada Prezident İlham Əliyevin iradəsini ifadə edən güclü starteq və milli Zəfər səlnaməsinin bərqərar olması ilə tarixiləşir, siyasi liderin legitim idarəçilikdə güclü dövlət ideyasının çox mükəmməl və praktiki tətbiqi əhatə edir. Ona görə də Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olması kimi deviz tam əsaslı və dərin elmi mühakimənin bizə sübut etdiyi reallıqdır.
Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri