Misirdə hərbi təyyarə qəzaya uğrayıb

27 Noyabr 2022 16:20 (UTC+04:00)

Misir Hərbi Hava Qüvvələrinin təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə Misir ordusunun rəsmi nümayəndəsi məlumat yayıb.

Hərbi təyyarənin düşdüyü əraziyə heç bir ziyan dəyməyib.

Təyyarənin qəzaya uğrama şəraiti aydınlaşdırılır, yoxlamaya başlanılıb.