II Elizabetin ömrünün sonunda əziyyət çəkdiyi xəstəliyin adı açıqlanıb

27 Noyabr 2022 15:27 (UTC+04:00)

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin ömrünün sonunda əziyyət çəkdiyi xəstəliyin adı açıqlanıb.

SİA xəbər verir ki, bu barədə “İndependent” qəzeti teleaparıcı, yazıçı və kral ailəsinin dostu Giles Brandretin yeni kitabına istinadən yazır.

Məlumata görə, Britaniya kraliçası həyatının son aylarında çoxsaylı mieloma ilə mübarizə aparırdı.

Kitabda onun yorğunluğu, arıqlaması və həyatının son ilində hərəkət problemləri məhz sümük iliyi xərçəngi ilə izah olunur.

Bundan əvvəl kraliçanın qocalıqdan vəfat etdiyi bildirilirdi.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet bu il sentyabrın 8-də 96 yaşında vəfat edib. Britaniya taxtının faktiki varisi şahzadə Çarlz onun ölümündən sonra yeni monarx olub. Sentyabrın 10-da Londondakı Müqəddəs Ceyms sarayında o, rəsmi olaraq Böyük Britaniya kralı elan edilib.