“Neftçi”-“Səbail” matçı ilə Premyer Liqada XV tura start veriləcək

27 Noyabr 2022 12:48 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günü bir qarşılaşma baş tutacaq.

Turnir cədvəlində 29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, XV turun “Şamaxı”–“Kəpəz” və “Qarabağ”–“Zirə” matçları noyabrın 28-də, “Turan Tovuz”–“Sabah”, “Sumqayıt”–“Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.