Sumqayıtda ikimərtəbəli ev yanıb

27 Noyabr 2022 09:15 (UTC+04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü SİA-ya bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.v

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb