Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

27 Noyabr 2022 07:40 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günün bir qarşılaşma baş tutacaq.

29 xalla üçüncü pillədə qərarlaşan "Neftçi" 10 xalla yeddinci sırada olan "Səbail"i qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 15-də "ağ-qaralar", 2-də "dənizçilər" meydanı üç xalla tərk edib. Topların nisbətində də meydan sahibləri üstündür - 43:11.

"Neftçi" Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlib. "Səbail" isə ardıcıl 13 matçda qələbə qazana bilməyib.

27 noyabr (bazar)

Azərbaycan Premyer Liqası, XV tur

16:00. “Neftçi” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”

Qeyd edək ki, XV turun "Şamaaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.