Kiyev işıqsız qaldı

27 Noyabr 2022 03:22 (UTC+04:00)

“Kiyev şəhərinin elektrik istehlakçılarının dörddə biri işıqsız qalıb”. SİA xəbər verir ki, bu barədə özünün “Telegram” hesabında şəhərin meri Vitali Kliçko yazıb.

V.Kliçko əlavə edib ki, energetiklər paytaxt sakinlərinin evlərinə enerji təchizatını qaytarmaq üçün əllərindən gələni edirlər.