Məşhur müğənniyə qadağa qoyuldu

27 Noyabr 2022 02:50 (UTC+04:00)

Ukrayna əsilli müğənni Svetlana Loboda Litvanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. SİA xəbər verir ki, bu barədə Litva xarici işlər nazirinin mətbuat katibi Paulina Levitskaite jurnalistlərə açıqlamasında bildirib.

Litvanın mədəniyyət naziri Simonas Kairis isə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Lobodanın mövqeyinin aydın olmadığını vurğulayıb.

Qeyd edək ki, Loboda hazırda Latviyada yaşayır.