Türkiyə ordusu daha bir şəhid verdi

27 Noyabr 2022 01:03 (UTC+04:00)

"Pəncə-Kilid" əməliyyat zonasında Türkiyə ordusunun daha bir hərbi qulluqçusu şəhid olub. SİA TRT-yə istinadən xəbər verir ki, əməliyyat zamanı yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqda terrorçulara qarşı əməliyyat keçirir. Əməliyyat çərçivəsində bu gün 2 türk hərbçisi şəhid olub.