Küveyt vətəndaşında vəba xəstəliyi aşkarlanıb

27 Noyabr 2022 01:02 (UTC+04:00)

Küveyt vətəndaşında vəba xəstəliyi aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəstəlik qonşu ölkələrdən birindən vəbaya yoluxaraq qayıdan küveytlidə aşkarlanıb.

Hazırda həmin şəxs xəstəxanada karantinə alınıb.