Türkiyənin pilotsuz qırıcısının istehsalı başlayacaq

27 Noyabr 2022 00:24 (UTC+04:00)

Türkiyə “Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq”. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, “Baykar” tərəfindən hazırlanan aviasiya vasitəsinin istehsalına 2023-cü ilin sonuna kimi başlanılacaq.

"Kızılelma" pilotsuz qırıcıları ağır raket və sursatları daşıya biləcək. Sistem ilk öncə xarici mühərriklə işləsə də, gələcəkdə yerli mühərrikdən istifadə edilməsi planlaşdırılır.