Əməkdar artist həyat yoldaşına ad günündə bahalı hədiyyə alıb

26 Noyabr 2022 23:39 (UTC+04:00)

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə xanıma ad günüdə bahalı hədiyyə alıb. SİA xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan ifaçı, həyat yoldaşına lüks maşın bağışladığını bidlirib:

"Həyat yoldaşım Gülnarə xanımın ad günü idi. Ona doğum günü hədiyyəsi olaraq avtomobil bağışladım. Xalam Şəfiqə Eyvazovaya deyirəm ki, xanımıma avtomobil aldım. Deyir ki, əcəb elədin aldın. Sual verir ki, ona hansı maşını aldın? Söyləyirəm ki, filan marka.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı Gülnarə İlyasova həkim-ginekoloqdur.