İndoneziyada ölənlərin sayı 318-ə çatıb

26 Noyabr 2022 22:47 (UTC+04:00)

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.

SIA xəbər verir ki, bu barədə rus saytlar. məlumat yayıb.

14 nəfər itkin düşüb.

Məlumata görə, 7700-dən çox insan xəsarət alıb, 73 mindən çoxu isə təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib.

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.