Dünya çempionatında azarkeş dünyasını dəyişib

26 Noyabr 2022 23:03 (UTC+04:00)

2022-ci il futbol üzrə dünya çempionatında Uelsin oyununa baxmaq üçün Qətərə gedən azarkeş dünyasını dəyişib. SİA xəbər verir ki, oğlu və dostları ilə mundial üçün Dohaya səfər edən Kevin Devis dünyasını dəyişib.

62 yaşlı uelsli azarkeşin təbii səbəblərdən öldüyü güman edilir. Qeyd edilib ki, təxminən 2500 uelsli azarkeş dünya çempionatında komandalarını dəstəkləmək üçün Qətərə səfər edib.