Qardan pul çıxaranlar

26 Noyabr 2022 22:38 (UTC+04:00)

Bu arada Sankt-Peterburqun üç sakini şəhər küçələrini qardan təmizləyərkən böyük fırıldaqçılıqda ittiham olunublar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

İstintaq hesab edir ki, təqsirləndirilən şəxslər sənədlərə əsasən, 2021-ci ilin payız-qış aylarında Sankt-Peterburqun Vasileostrovski rayonunda qarı təmizləməli olan təmizləyiciləri qondarma şəkildə işə götürüblər. Faktiki olaraq heç kim qarı çıxarmayıb, büdcədən ayrılan pullar da oğurlanıb. Zərər 20 milyon rubl qiymətləndirilir.

Təqsirləndirilən şəxslər öz qulluq mövqelərindən istifadə edərək, görülən işin qəbuluna dair saxta aktlar yazıblar. Deyilənə görə, onları 10 ilə qədər həbs gözləyir. 2021-ci ilin sonunda Sankt-Peterburq sakinləri davamlı olaraq qarın və buzun keyfiyyətsiz təmizlənməsindən şikayətlənirdilər. Buz səbəbindən şəhər əhalisi sınıq və qançırlarla tez-tez həkimə müraciət edirdi. Damlardan buzun düşməsi nəticəsində bir neçə nəfər ölüb. Şəhər camaatı qarı özləri kürəklə yığırdılar. Problemə diqqət çəkməyə çalışan fəallar polis tərəfindən saxlanılıb.

Ağasəf Babayev