Fransa Danimarkanı məğlub edərək qrupdan çıxmağı təmin edib

26 Noyabr 2022 22:11 (UTC+04:00)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun digər oyununda Fransa və Danimarka komandaları qarşılaşıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Fransa yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fransanın qollarını 61-ci və 86-cı dəqiqələrdə Kilian Mbappe vurub. Danimarka millisində isə 68-ci dəqiqədə Andreas Kristensen fərqlənib.

Bununla da ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci yerdə qərarlaşıb və qrupdan çıxmağı təmin edib, Avstraliya isə 3 xalla ikinci yerdədir. Danimarka və Tunis komandaları isə hərəyə 1 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.

Günün son oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub.