Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

26 Noyabr 2022 19:52 (UTC+04:00)

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın yeddi üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

‘‘Şәhidlkәrimiz üçün, xalqımız üçün vә әziz vәtәnimiz üçün mübarizәmizi qәtiyyәtlә davam etdiririk. Qәhraman Türkiye Silahlı Qüvvәlәrimiz İraqın şimalında keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә tәsbit edilәn 7 PKK terrorçusunu zәrәrsizlәşdirib’’,-deyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.

Xatırladaq ki, İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә 3 hәrbçi şәhid olmuşdu.