Rusiyalı general xüsusi əməliyyatın təxmini vaxtını açıqlayıb

26 Noyabr 2022 19:42 (UTC+04:00)

Rusiya Quru Qoşunlarının keçmiş baş komandanı, ordu generalı Vladimir Boldırev Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) başa çatmasının təxmini tarixlərini açıqlayıb. SİA bu barədə rus saytlarına istinad edir.

“Bütün bunlar çox vaxt aparacaq. Bu bir deyil, iki deyil, hətta altı ay da deyil”-deyən Boldırevin sözlərinə görə, əməliyyat yaxın bir neçə ayda da bitməyəcək.

O vurğulayıb ki, hazırda Rusiya hərbçiləri üçün “işğal altındakı xəttdə ölüm-qalım durmaq” prinsipial əhəmiyyət kəsb edir.

Xatırladaq ki, oktyabrın sonunda Boldırev Ukrayna prezidenti Vladimir Zelenskinin ofisində elan edilən Ukrayna qoşunlarının Xerson və Zaporojye vilayətlərindəki problemlərinə inanmadığını bildirmişdi.

Yeri gəlmişkən, hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Bunu fevralın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.

Ağasəf Babayev