Sualtı pilotsuz uçuş aparatları və mobil laboratoriyalar...

26 Noyabr 2022 19:32 (UTC+04:00)

Belçika hökuməti mobil laboratoriyalar və sualtı pilotsuz uçuş aparatları kimi ən müasir avadanlıqları ehtiva edən yeni hərbi yardım paketini təsdiqləyib.

Belçikanın müdafiə naziri Lüdovin Dedonderin sözlərinə görə, Ukrayna üç həftə ərzində iki mobil laboratoriya alacaq, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “LeSoir” verir.

Deməli, Ukrayna saytlarının yazdığına görə, verilən vasitələr kimyəvi, bakterioloji, radioloji və ya nüvə insidentinin baş verə biləcəyi yerlərin yaxınlığında yerləşdirilə bilər. Onlar həmçinin xəstəxanaların və doğum evlərinin dağıldığı fəlakət bölgələrində də istifadə oluna bilər.

Yardım paketinə həmçinin ECA Robotics Belgium şirkətinin 10 sualtı dronu daxildir. Onlar minalar və casus avadanlığı da daxil olmaqla bütün sualtı təhlükələri tapa bilirlər.

“Bunlar ukraynalılara çox kömək edəcək yeni yüksək texnologiyalardır. Belçika ordusunda artıq bu qurğular var”.

Qeyd edək ki, bunu Lüdovin Dedonderin bildirib.

Yeri gəlmişkən, bu arada 100-ə yaxın belçikalı hərbi təlimatçının Ukraynaya Avropa Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində ukraynalı əsgərlərə təlim keçməyə başlayacağı məlum olub.

Ağasəf Babayev