"Ağdamda bərpa və yenidənqurma işləri sürətlə davam edir"

26 Noyabr 2022 19:03 (UTC+04:00)

Mən həm Ağdamda, həm də Şuşada olmuşam. Buralarda bərpa və yenidənqurma işləri çox sürətlə davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Türkiyənin Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun baş tədqiqatçısı Fərhad Pirinççi deyib.

O qeyd edib ki, Füzulinin və Zəngilanın Beynəlxalq Hava limanları bunun əyani sübutudur: “Ağdama gələrkən yolda minatəmizləmə işlərinin aparıldığını müşahidə etdim. Ümid edirəm ki, tezliklə insanlar öz yurdlarına qayıdacaqlar”.