"Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir"

26 Noyabr 2022 18:29 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir. İki gözəl hava limanının inşası buna sübutdur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ağdamda səfərdə olan ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib.

Ağdam şəhərinin yenidən qurulduğunu deyən Maykl Doran bildirib: “Ümid edirəm ki, Ağdamda həyat yenidən canlanacaq. Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir. Bu regionun inkişafı üçün sülhün olması vacibdir”.