"Gələcək üçün yazılmış kitab" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib - FOTOLAR

26 Noyabr 2022 16:42 (UTC+04:00)

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gələcək üçün yazılmış kitab" layihəsi çərçivəsində Respublika Veteranlar Təşkilatında Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Rövşən Ağamalıyev, təşkilatın Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov, Təşkilatın Zəngilan rayon şöbəsinin sədri Cavid Həmzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yeganə övladını şəhid verən Tünzalə Zöhrabova, müəllimlər və gənclər iştirak ediblər.

Tədbirdə təşkilatın sədri Rövşən Ağamalıyev həyata keçirilən layihə çərçivəsində hazırlanıb çap olunan "Əsrimizin Qəhrəmanları" kitabı barədə geniş məlumat verib.

Təskilatın Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov öz çıxışında layihə haqqında geniş məlumat verib, belə tədbirlərin mahiyyətini xüsusi olaraq vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edib və 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib.

Daha sonra Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vətənpərvərlik mövzusunda çıxış edib və bu tipli layihələr çərçivəsində gənclərlər silsilə görüşlərin vacibliyini qeyd edib.

Sonda "Əsrimizin Qəhrəmanları" kitabı tədbirdə iştirak edən Nərimanov rayonu ərazisində yerləşən məktəbin müəllimlərinə, şagirdlərə və gənclərə təqdim olunub və xatirə şəkli çəkilib.