Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub - FOTO

26 Noyabr 2022 13:35 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında oğlu Heydər Əliyevin toyu ilə bağlı paylaşım edib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir:

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!"