Twitter reklamlarını dayandıran iri şirkətlərin sayı 7-yə çatıb

26 Noyabr 2022 13:22 (UTC+04:00)

Elektrikli avtomobil istehsalçısı Teslanın CEO-su İlon Maskın aylar əvvəl etdiyi təkliflə başlayan və tərəfləri davaya gətirən Twitter-in satın alınması ötən həftələrdə tamamlandı. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu inkişafdan sonra Mask Twitter-in yeni sahibi oldu, üst səviyyə rəhbərlərin əksəriyyəti isə şirkətdən istefa verdi. Bu prosesdə Twitter-ə inamı azalan brendlər Twitter-də reklam xərclərini dayandırıb.