Orion gəmisi Aya ən yaxın nöqtəyə çatıb

26 Noyabr 2022 09:40 (UTC+04:00)

NASA-nın ekipajsız Orion gəmisi Aya ən yaxın nöqtəyə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ay səthinə 130 km yaxınlaşan raketin çəkdiyi ağ-qara fotoşəkillər Ayın soyuq və kimsəsiz yer olduğunu sübut edir.

Orionun bu fotoşəkilləri ilə ekipajlı Ay missiyasından əvvəl kosmik gəminin optik naviqasiya kamerasının müxtəlif işıq şəraitində effektivliyi də sınaqdan keçirilib.

Ayın ətrafında bir həftə orbitdə qalacaq Orion dekabrın 11-də Yerə qayıdacaq.