Çində koronavirusa rekord yoluxma qeydə alınıb

26 Noyabr 2022 08:33 (UTC+04:00)

Çin həkimləri ötən sutka koronavirusa 35 000 yeni yoluxma aşkar ediblər. SİA xəbər verir ki, bu barədə Çinin Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilir ki, son 3 gündə antirekord dalbadal yenilənir.

Yoluxma göstəricisi ötən həftə ilə müqayisədə 43% çoxdur. 26 oktyabra olan göstəricilərlə müqayisədə isə 25 dəfə artım var. Yoluixanların 91%-dən çoxu simptomsuz xəstələrdir.