Müğənni Nazənin yenidən plastik əməliyyat etdirəcək

26 Noyabr 2022 00:38 (UTC+04:00)

Müğənni Nazənin Salayeva yenidən plastik əməliyyat etdirəcək. SİA xəbər verir ki, bu barədə sənətçi “MTV Magazin”ə açıqlama verib. O, bildirib ki, buxaq əməliyyatı olunacaq: “Çox güman ki, 1 ay ərzində estetik etdirəcəm. Üç-dörd aydır bu fikirdəyəm. Özümə kompleks edirəm. Mənim üçün rahat deyil. Ona görə plastik əməliyyat etdirəcəm”.

Qeyd edək ki, N. Salayevanın burnunda da estetik var. O, həmçinin qarıngərmə əməliyyatı etdirib.