“50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq“ - NAZİR

25 Noyabr 2022 15:40 (UTC+04:00)

“Gələn həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq və sayı 100-ə qədər artırılacaq”. SİA xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən birifinq zamanı bildirib.

Nazir qeyd edib ki, uşaq bağçalarında köhnə normativlərin dəyişdirilməsi üzərində işlər həyata keçirilir: "Qidalanma mütəxəssisləri ilə birgə ilkin standartlar hazırlanıb".