“Şuşada məktəb tikintisi növbəti tədris ilinə qədər yekunlaşacaq” - ELM VƏ TƏHSİL NAZİRİ

25 Noyabr 2022 15:35 (UTC+04:00)

"Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi növbəti tədris ilinə qədər bitəcək". SİA xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən birifinq zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş digər bölgələrdə də tikintilərə başlanılıb: "Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar".