Ukrayna qaranlığa qərq oldu

25 Noyabr 2022 15:36 (UTC+04:00)

Rusiyanın raket hücumlarından sonra Ukrayna qaranlığa qərq olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Ukraynaya qarşı hücumlarını artırır. Kreml raket hücumları ilə Ukraynanın infrastrukturunu hədəfə alaraq ölkəni yaşayış üçün yararsız hala salmağa çalışır.

Qeyd edək ki, son hücumlardan sonra Ukraynanın kosmosdan görüntüsü yayılıb və ölkə tamamilə qaranlığa bürünüb.

Ukrayna-Rusiya müharibəsi artan intensivliklə davam edir. Müharibədə Rusiya Ukraynanı fərq qoymadan vurur.

ÖLKƏ QARANLIQDA İLHAMLANIR

Kreml ölkənin bir çox şəhərlərinə, xüsusən də Kiyevə raket hücumları təşkil edir. Bu hücumlar xüsusilə şəhərlərin enerji infrastrukturunu hədəf alır. Ötən gecə hücumlardan sonra Ukrayna kosmosdan görüntülənib. Fotoda Ukraynanın demək olar ki, tamamilə qaranlığa qərq olduğu görünür.

Aytac Xəlilova