Təhsil müəssisələrinin 508-i dizel yanacağı ilə isidilir - EMİN ƏMRULLAYEV

25 Noyabr 2022 15:32 (UTC+04:00)

"Təhsil müəssisələrin istilik təminatı ilə bağlı vəziyyəti qənaətbəxşdir”. SİA xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən birifinq zamanı bildirib.

Nazir bildirib ki, 5 745 təhsil müəssisələrindən 508-i dizel yanacağı, 445-i elektrik enerjisi ilə, 2 334-ü odunla yerdə qalan hissəsi isə qazla isidilir: "Müəyyən nasazlıq çıxa bilər və dərhal aradan qaldırılması istiqamətində addımlar atılır".