“Rekord sayda məktəblərə kompyuter alınıb”. SİA xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı bildirib.
O qeyd edib ki, məktəblərin 1235-i fiberoptik internetlə təmin olunub: “Bundan əlavə rekord sayda məktəblərə kompyuter alınıb. 30 minə yaxın kompyuter alınıb. Növbəti illərdə 40 minə çatdırılması nəzərdə tutulur”.