“Uşaqların qəbulu elektron şəkildə həyata keçirilir" - ELM VƏ TƏHSİL NAZİRİ

25 Noyabr 2022 15:20 (UTC+04:00)

"Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var. Məlumat sistemlərinin toplanılması, mərkəzləşdirilmiş qaydada uşaqların qəbulu elektron şəkildə həyata keçirilir". SİA xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən birifinq zamanı bildirib.

Nazir bildirib ki, sistemin ilk dəfə olması müəyyən nöqsanları üzə çıxarıb: "Müəyyən həll yolları tapmağa çalışırıq. İşə qəbul imtahanları üçün 4539 namizəd müraciət etmişdisə, 739 nəfər müsahibə mərhələsinə buraxıldı. 332 nəfər uğur qazandı. Lakin bizim 123 nəfərlik vakant yer var. Müəyyən müsabiqə gözlənilir".