Zonquldak sahillərində dalğanın hündürlüyü 5 metrə çatıb

25 Noyabr 2022 13:36 (UTC+04:00)

Zonquldak sahillərində külək səbəbindən dənizdə dalğaların hündürlüyü 5 metrə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zonquldakda balıqçılar güclü külək səbəbindən dənizə çıxa bilməyib.

Limanda hündür dalğalar dalğaqırandan keçib. Qeyd edək ki, səhər saatlarında külək təsirini artırıb və yağışın gün ərzində fasilələrlə davam edəcəyi bildirilir.

Aytac Xəlilova