"İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır" - SAMİR ŞƏRİFOV

25 Noyabr 2022 12:35 (UTC+04:00)

"İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, icbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti nazirliklərdə baxılmalıdır.

Qeyd edək ki, büdcə müzakirələri zamanı deputatlar ankoloji və digər xəstəliklərin də icbari tibbi sığorta paketinə daxil edilməsini təklif etmişdi.

Ayşən Vəli