"Hər bir mətbu orqanı Azərbaycan dilinin qaydalarına əməl etməlidir" - Sevinc Əliyeva

25 Noyabr 2022 11:20 (UTC+04:00)

"7 qəzetdə aparılan monitorinqlərin nəticələri açıqlanıb". SİA xəbər verir ki, bu sözləri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib.

Qurum rəsmisi qeyd edib ki, digər sahələrdə olduğu kimi qəzetlərdə də, ənənəvi olaraq orfoqrafik məsələlərə riayət olunması prioritet məsələlərdən biridir: "Hər birimizin borcudur ki, yazı qaydalarına əməl edərək öz işimizi görməkdir. Hər bir kəs düzgün yazmağı bacarmalıdır ki, düzgün danışa bilsin. Bizi ən çox narahat edən problem üslub qaydalarına əməl olunmamasıdır. Təbii ki, bu baş verən pozuntular yolverilməz bir haldır. Hər bir mətbu orqanı dilin orfoqrafik, orfoepik və s. bütün qaydalara əməl etməlidir".