Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monirorinq Mərkəzində "Qəzetlərin dili monitorinq aynasında" adlı tədbir keçirilir. SİA xəbər verir ki, 7 qəzetdə aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi alimlər, qəzet redaktorları və media nümayəndələri iştirak edirlər.