Azərbaycan gimnastı gümüş medal qazanıb

25 Noyabr 2022 00:04 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq üzrə dünya yaş qrupları yarışları keçirilir. SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə tamblinq gimnastikası üzrə 17-21 yaş kateqoriyasında çıxış edən təmsilçimiz Tofiq Əliyev gümüş medal qazanıb.