Somalidə Şəbab üzvləri zərərsizləşdirilib

24 Noyabr 2022 19:31 (UTC+04:00)

Somalidə Əş-Şəbab terror təşkilatına qarşı həyata keçirilən əməliyyatda təşkilatın 49 üzvü zərərsizləşdirilib.

SİA xəbər verir ki, Somali İnformasiya Nazirliyindən verilən açıqlamaya görə, Milli Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin Xüsusi Təyinatlı və Silahlı Qüvvələrin iştirakı ilə Buulo Madiino bölgəsində təşkilata qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Qeyd edilib ki, beynəlxalq dost qüvvələrin də dəstək verdiyi əməliyyat nəticəsində Əş-şəbabın bütün silah və sürsatları dağıdılıb. 49 üzvü zərərsizləşdirilib.