Estoniyada sovet abidələri qəbiristanlığa göndərilir

24 Noyabr 2022 19:06 (UTC+04:00)

Estoniyada hökumətin qərarı ilə təşkil olunan xüsusi işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələrinin əksəriyyəti söküləcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İşçi qrupunun rəhbəri Asko Kivinuk ERR teleradio portalına deyib: “Dövlət dəftərxanasının işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələri qısa zamanda söküləcək. Siyahıda olan 322 abidənin 133-ü hərbi qəbiristanlıqlarda qoyulub, digərləri də tezliklə söküləcək. Məzarlardakı sovet əsgərləri də yenidən dəfn olunacaq. Abidələrin bir qismi dağıdılacaq, bir hissəsi isə muzeylərə göndəriləcək”.

Qeyd edək ki, işçi qrupu Estoniyanın “İşğal rəmzləri olan abidələrin Estoniyanın ictimai məkanından köçürülməsi haqqında” 4 avqust tarixli qərarına əsasən yaradılıb.