Uruqvay Cənubi Koreyaya qarşı, İsveçrədən qələbə - Yenilənir

24 Noyabr 2022 18:18 (UTC+04:00)

Bu gün DÇ-2022-nin qrup mərhələsində 1-ci tura yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk turun sonuncu - 5-ci oyun günü üçün nəzərdə tutulan 4 matçdan artıq 1-i başa çatıb.

G qrupunda İsveçrə Kameruna qalib gəlib - 1:0.

Bu qrupun digər görüşündə isə saat 23:00-da Braziliya Serbiya ilə qarşılaşacaq.

H qrupunda saat 17:00-da Uruqvay Cənubi Koreya ilə saat, 20:00-da Portuqaliya Qana ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qətərdə təşkil olunan dünya çempionatına dekabrın 18-i yekun vurulacaq.

24 noyabr

H qrupu

17:00. Uruqvay - Cənubi Koreya - 0:0 (İkinci hissə)

Baş hakim: Kleman Türpen (Fransa)

"Edyukeyşn Siti" stadionu

20:00. Portuqaliya - Qana

Baş hakim: İsmail Elfat (ABŞ)

"Stadiium 974" arenası

G qrupu

14:00. İsveçrə - Kamerun - 1:0

Qol: Embolo, 48 (1:0)

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl-Canub" stadionu

23:00. Braziliya - Serbiya

Baş hakim: Alireza Faqani (İran)

"Lusail" stadionu