Mövlud Çavuşoğlu ilə Pekka Havisto arasında telefon danışığı olub

24 Noyabr 2022 17:37 (UTC+04:00)

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Finlandiyanın xarici işlər naziri Pekka Havisto arasında telefon danışığı olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlunun həmkarı Havisto ilə telefon söhbətində NATO-nun genişlənməsi və Ukraynadakı son hadisələr və taxıl sazişi müzakirə edilib.

Çavuşoğlu həmkarına Türkiyenin “Pəncə-Qılınc” antiterror əməliyyatı çərçivəsində terrora qarşı mübarizəsini qətiyyətlə davam etdirəcəyini dilə gətirib.