76 yaşlı müğənni sevgilisindən danışdı

24 Noyabr 2022 17:11 (UTC+04:00)

76 yaşlı xarici müğənni Şer gənc sevgilisi, 36 yaşlı musiqi prodüseri Aleksandr Edvardsla münasibətindən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında post paylaşıb. Şer sosial şəbəkədə Alexander Edvardsın fotosunu yerləşdirib.

Yayımlanan şəkildə müğənninin gənc sevgilisi bir alt paltarında poza verib. Yazının altındakı şərhlərdə ifaçıdan onda hansı keyfiyyətləri bəyəndiyi soruşulub.

“O, mehriban, ağıllı, məzəli... Və biz yeniyetmələr kimi öpüşürük”, -deyə sənətçi bildirib.